- Vəzifə Öhdəlikləri:
- • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək.
- • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək.
- • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq.
- • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək.
- • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq.
- • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək.
- • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək.
- • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək.
- • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq.
- • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək.
- • Smeta sənədlərinin uçotunu aparır, smeta-maliyyə hesablamalarını sistemləşdirmək.
- • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək.
- • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək.
- • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması.
- • Obyektlərdə (yerində) ölçü işlərinin aparılması.
- • Smetaların bazar qiymətləri ilə hesablanması.
- • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi).
- • Sahələrdən gələn texniki hesabatların yoxlanması.
- Tələblər:
- • Mühəndis (inşaat sahəsi) ixtisası üzrə ali təhsil
- • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri
- • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək.
- • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək.
- • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək.
- • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandı.
- • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+ və s. program bilikləri.
- • Analitik düşüncə tərzi.
- • Dəqiqlik, operativlik.
- İş şəraiti:
- • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun müəyyən ediləcəkdir.
- • İş qrafiki: həftə içi günlər saat 10:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 16:00-dək.
- • Maraqlanan şəxslərdən CV-lərini vəzifə adı göstərilməklə e-mail ünvanına ([email protected]) göndərmələri xahiş olunur.
- • Müraciət üçün son tarix 25 fevral 2023-cü il.